Futbol üzrə dördqat dünya çempionu vəfat etdi - FOTO

Futbol üzrə dördqat dünya çempionu vəfat etdi - FOTO
Foto
Siyasət 6

Braziliya millisinin sabiq futbolçusu və məşqçisi Mario Zaqallo 92 yaşında vəfat edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə əfsanəvi braziliyalının sosial şəbəkə hesabında paylaşım edilsə də, onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Mario Zaqallo dörd dəfə dünya çempionu olub. O, bu nəticəyə iki dəfə futbolçu qismində, iki dəfə isə Braziliya millisinin məşqçisi kimi nail olub. Braziliya millisinin heyətində 1958 və 1962-ci illərdə, Braziliya millisinin məşqçisi kimi isə 1970 və 1994-cü illərdə dünya çempionu olub.

Mütəxəssis Braziliya millisinə rəhbərlik edərkən, həmçinin, iki dəfə - 1997 və 2004-cü illərdə Amerika Kubokunu da əldə edib. Bundan əlavə, Zaqallonun rəhbərliyi altında Braziliya millisi 1997 və 2005-ci illərdə Konfederasiya Kubokunun qalibi olub.

Oxşar xəbərlər

Dünyanın ən varlı 10 uşağı: Onlar öz bizneslərini idarə edirlər - FOTO

Dünyanın ən varlı 10 uşağı: Onlar öz bizneslərini idarə edirlər - FOTO

Dünyada elə uşaqlar var ki, sürücülük vəsiqəsi almadan və ya orta məktəbi bitirmədən milyonlar qazanırlar. Bu uşaqlar pullarını yutubda öz işlərini görərək, akt...

30 Siyasət 11:28 08 dekabr 2023

Son xəbərlər