Pelenin ölümü ilə bağlı Braziliyada matəm elan edildi

Pelenin ölümü ilə bağlı Braziliyada matəm elan edildi
Siyasət 95

Braziliya prezidenti Jair Bolsonaro Pelenin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında dərc edilib.

Matəm dekabrın 31-də başa çatacaq.

Xatırladaq ki, braziliyalı əfsanəvi futbolçu Pele dekabrın 29-da San-Paulu klinikasında 82 yaşında vəfat edib. Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və ABŞ-ın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

Oxşar xəbərlər

Pele vəfat edib

Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib. Bu barədə “Assosiated Press” məlumat yayıb. Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat...

518 Siyasət 23:00 29 dekabr 2022

Son xəbərlər