Pele xəstəxanaya yerləşdirilib

30
noy
2022
19:47
Əfsanəvi braziliyalı futbolçu Pele xəstəxanaya yerləşdirilib.
Bu barədə ESPN telekanalı məlumat yayıb.
Onun son aylar aldığı kimyəvi terapiyanın nəticəsiz qaldığı bildirilir.
81 yaşlı Pelenin Braziliyanın San-Paulu şəhərindəki xəstəxanalardan birinə yerləşdirildiyi qeyd olunub.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Onun bağırsaqlarında, qaraciyər, həmçinin ağciyərində şişlər var.
Xatırladaq ki, braziliyalı əfsanə 82 yaşındadır və, o, futbol üzrə yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970).
Oxşar xəbərlər
Pele Putinə MÜRACİƏT ETDİ - FOTO
Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya təcavüzə son qoymasını xahiş edib. BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şə...
