Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib.
Bu barədə “Assosiated Press” məlumat yayıb.
Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Oxşar xəbərlər
Pele ailəsi ilə vidalaşdı - Stadiona qızıl tabut qoyuldu - VİDEO
Bağırsaq xərçəngindən əziyyət çəkən əfsanəvi futbolçu Pele ailə üzvləri ilə vidalaşıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, üçqat dünya çempionu vi...
