Şəhər merinin cəsədi qətlindən sonra minalandı

Şəhər merinin cəsədi qətlindən sonra minalandı
Siyasət 327

Bir neçə gün öncə Kiyev vilayətinin Qostomel şəhərinin meri Yuri Prilipko güllələnib. O, ərzaq və dərman paylayarkən dünyasını dəyişib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, qətldən sonra merin cəsədini minalanıb.

Şahidlər deyir ki, yerli keşiş Peter ata merin cəsədini götürməyə gəlib.

“Pyotr ata xaçı götürdü, paltarlarını geyindi və cəsədi götürməyə getdi. O, cəsədə yaxınlaşanda rusiyalı hərbçilər onu saxladı və yaxınlaşmamağı söylədi. Mərhumun bədənindən bəzi naqillər çıxarıldıqdan sonra cəsədin təkərli arabaya yüklənməsinə icazə verildi”, - deyə öldürülən merin müşaviri Rostislav Skuratovski bildirib.

Daha sonra bələdiyyə sədrinin cənazəsi kilsəyə aparılıb və dəfn edilib.

Son xəbərlər