Ukrayna ordusu Qostomeli geri alıb - FOTO

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini Rusiya hərbçilərindən geri alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi feysbukda məlumat yayıb.
Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.
Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.
"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Rusiyanın hərbi qüvvələri əsas səylərini Kiyevin mühasirəsinə yönəldib
Rusiya hərbçiləri əsas səyləri Ukraynanın paytaxtı Kiyevin mühasirəyə alınmasına yönəldib. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı...
