Belqoroda PUA hücumunda xəsarət alanların sayı 42-yə çatıb
06
may
2024
15:03
Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə PUA hücumu nəticəsində xəsarət alanların sayı 42 nəfərə çatıb.
Bu barədə Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
Kuznetsovun sözlərinə görə, onlardan 32-si xəstəxanaya yerləşdirilib, daha 10 nəfərə ambulator tibbi yardım göstərilib. Dörd zərərçəkənin vəziyyəti ağırdır.
Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumu mayın 6-da baş verib. Borisov rayonunun Berezovka kəndi yaxınlığında iki avtobus və bir avtomobil hücuma məruz qalıb.
Oxşar xəbərlər
KİV: Belqorodda qəzaya uğrayan təyyarədə 74 nəfər olub, hamısı ölüb - YENİLƏNİB-1/VİDEO
KİV-də yayılan məlumata görə, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb. ***1...