SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Belə ki, rəsmi Vaşinqton parlamentdə "Xarici agentlər" haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib", - deyə məlumatda bildirilir.

BAKU.WS