Tbilisi ilə Vaşinqton arasında gərginlik: İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Belə ki, rəsmi Vaşinqton parlamentdə "Xarici agentlər" haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Gürcüstanda aksiyaçılar barrikadalar qurmağa başlayıblar - YENİLƏNİB-3
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar xüsusi təyinatlılara qarşı barrikadalar qurmağa başlayıblar. "Report"un yerli bürosu xəbər verir ki, polislə aksiya i...