SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor və yazıçı Brayan Makkardi vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun bacısı bildirib.

Aktyor evdə olarkən qəfildən vəfat edib.

"Hamımızn sevimlisi Brayan qəfildən həyatını itirdi. Onun ölümünə görə dərin kədər hissi keçiririk. Möhtəşəm və bacarıqlı aktyor idi. İşini çox sevirdi. Karyerası boyunca bir çox aktyor ondan bəhrələndi. Çox tez aramızdan ayrıldlı. Onu çox sevirik və heç vaxt da unutmayacağıq" -deyə onun bacısı bildirib.

Brayan Makkardinin hansı səbəbdən öldüyün isə hələ ki, açıqlanmayıb.

Xatırladaq ki, aktyor "BBC" kanalında yayımlanan dram janrlı "Line of Duty" adlı ekran işi ilə məşhurlaşıb. 

BAKU.WS