"Yaprak dökümü" serialının aktyorlarının 17 İL ƏVVƏLKİ GÖRÜNTÜLƏRİ - FOTO
Türkiyənin reytinqli seriallarından olan "Yaprak dökümü"nün aktyorlarının arxiv fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, şəkillərdə 2006-cı ildə çəkilən ekran işinin əsas və digər rol ifaçıları yer alıblar.
Onlar arasında Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Deniz Çakır, Gökçe Bahadır, Caner Kurtaran, Fahriye Evcen, Şebnem Ceceli kimi aktyorlar var.
Aktyorların hazırkı görüntüləri ilə 17 il əvvəlki görüntülərinin müqayisəsi aparılıb.
Fotoları "tvgundemi" adlı maqazin səhifəsi yayıb.
Xatırladaq ki, "Yaprak dökümü" dram janrlı ekran işidir. Serial türkiyəli yazıçı və dramaturq Reşat Nuri Güntekinin eyniadlı kitabının motivləri əsasında ekrana köçürülüb.
2006-2010-cu illərdə lentə alınan ekran işi 174 bölümdən ibarətdir. Serialda rayondan şəhərə köçən bir ailənin hekayəsindən bəhs edilir.
Qalereya
Oxşar xəbərlər
"Aile" serialının final səhnəsində qəza baş verdi - Yaralananlar var
Baş rollarını Kıvanç Tatlıtuğ və Serenay Sarıkaya kimi aktyorların canlandırdığı "Aile" serialında qəza baş verib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir...