"Aile" serialının final səhnəsində qəza baş verdi - Yaralananlar var
Baş rollarını Kıvanç Tatlıtuğ və Serenay Sarıkaya kimi aktyorların canlandırdığı "Aile" serialında qəza baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, çəkiliş komandasının bəzi üzvləri ağır xəsarət alaraq yaralanıblar.
Serialı ərsəyə gətirən şirkət "Ay Yapım" hadisənin təfərrüatlarının yaxın zamanlarda ictimaiyyətə açıqlanacağını bildirib:
"Aile" serialının 11-ci bölümündə aksiyonlu final səhnəsinin çəkilişi zamanı kədərli hadisə yaşandı. Bəzi komanda yoldaşlarımızın xəsarət alması ilə nəticələnən hadisə barəsində hazırda araşdırmalar aparılır. Yaralananların hamısına şəfa diləyirəm".
Xatırladaq ki, dram janrlı "Aile" serialı 2023-cü il martın 7-dən yayımlanır. Ekran işində tanınmış ailənin oğlu Aslan Soykanla psixoloq Devin Akının eşq macərasından bəhs edilir. Rollarda Nejat İşler, Canan Ergüder, Nur Sürer, Levent Ülgen, İpek Tenolcay, Emel Göksu kimi aktyorlar da çəkiliblər.
Oxşar xəbərlər
Evliliyi xəyanət üzərində qurulan MƏŞHURLAR - FOTO
Hollivud ulduzları canlandırdığı obrazlarla yanaşı yaşadığı sevgi münasibətləri ilə də daim diqqət mərkəzində olublar. Onlardan bəzilərinin çox danışılan eşq he...