SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəzza xalqının rifahı naminə İsrail və HƏMAS rəhbərliyini razılığa çağırıram.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə açıqlamasında deyib.

"Mən dəfələrlə tərəfləri humanitar atəşkəsə, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə və humanitar yardımın bölgəyə rahat şəkildə çatdırılmasına dair çağırışlar etsəm də, təəssüf ki, nəticə əldə olunmayıb. Yenə də danışıqlar gedir.

Əgər razılaşma əldə olunmasa, həm Qəzzada, həm də regionda vəziyyətin daha da pisləşəcəyindən qorxuram", - Baş katib bildirib.

BAKU.WS