Quterreş Yaxın Şərqdə atəşkəs üçün çağırış edib - FOTO
BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə humanitar zəmində dərhal atəşkəs əldə etməyə çağırıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o, bunu Pekində keçirilən “Bir kəmər - bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.
“Mən girovların dərhal, qeyd-şərtsiz azad edilməsi və humanitar yardımın əldə edilməsi üçün xalqlara iki müraciət etdim”, - deyə baş katib bildirib.
Quterreş fələstinlilərin İsraillə bağlı illərlə yığılan incikliyinin HƏMAS-ın hücumlarına haqq qazandıra bilməyəcəyi kimi, HƏMAS-ın hərəkətlərinin də İsrailin fələstinliləri kollektiv şəkildə cəzalandırmasına haqq qazandırmadığını vurğulayıb.
Bundan əvvəl NBC telekanalı Fələstinin HƏMAS radikal hərəkatının adı açıqlanmayan nümayəndəsinə istinadən iddia etmişdi ki, İsrail Qəzza zolağına hava hücumlarını dayandırarsa, hərəkat girov götürülmüş bütün mülki vətəndaşları bir saat ərzində azad etməyə hazırdır.
Qeyd edək ki, Quterreş humanitar zəmində atəşkəslə bağlı özünün “X” hesabında da çağırış edib. Onun sözlərinə görə, hazırda bu qərardan həddən artıq çox insanın, eləcə də, bütün regionun taleyi asılıdır.
Oxşar xəbərlər
İsrail onu 2011-də azad etdi - "Xan Yunusun qəssabı” adlandırılan HƏMAS hücumunun beyni kimdir? - FOTO
2011-ci ildə İsrail beş il girovluqda olan Həmas əsgəri Gilat Şaliti azad etmək üçün 1000-dən çox məhbusu azad etmişdi. Bununla belə, İsrail indi əsas məhbus mü...