HƏMAS İsrailə necə sızdı? - MARAQLI FAKTLAR - FOTO
İsrail bölgənin ən güclü kəşfiyyat xidmətlərindən biri olan Mossadın HƏMAS-ın hücumunu qabaqcadan görə bilmədiyi üçün hazırlıqsız yaxalanıb.
BAKU.WS "CNN Türk"ə istinadən xəbər verir ki, HƏMAS silahlıları İsrailə qarşı görünməmiş hücuma keçib.
1973-cü ildə də hazırlıqsız yaxalanan ölkənin niyə uğursuzluğa düçar olması sual altındadır.
Havadan, qurudan, dənizdən...
HƏMAS yaraqlıları şənbə günü səhər koordinasiyalı əməliyyata başlayıb.
İsrailə minlərlə raket atılarkən, İsrailin nəzarətində olan ərazilərə qurudan hücum edilib.
HƏMAS yaraqlıları buldozerlərlə Qəzza sərhəddindəki baryerləri yarıblar. Küçələrdə dolaşan Həmas silahlıları yüzlərlə israillini, o cümlədən ordunun yüksək rütbəli şəxsi heyətini əsir götürüb.
Bölgənin ən güclü kəşfiyyat xidmətlərindən biri olan Mossad hücum planlarını əvvəlcədən əldə edə bilməyib.
Hücumlar İsrailin 1973-cü ildə hazırlıqsız olduğu "Yom Kippur" müharibəsinin 50-ci ildönümündən bir gün sonra baş verib.
Qəzza şəhəri İsrailin ciddi nəzarəti altında idi. HƏMAS Qəzzada saxta İsrail yaşayış məntəqəsi qurdu və bu bölgədə təlimləri davam etdirdi.
Təlimlərin videoları HƏMAS tərəfindən sosial şəbəkədə paylaşılıb. Lakin İsrail bu görüntülərdən xəbərdar olsa da, HƏMAS-ın münaqişəyə girmək istəmədiyini düşünürdü.
Hücum zamanının tarixi əhəmiyyətindən başqa, İsrailin daxili siyasətindəki vəziyyətin də təsirli olduğu düşünülür.
Ekspertlərin vurğuladığı digər məsələ İsrailin hücumu HƏMAS-dan yox, Hizbullahdan gözləməsi idi.
Ölkənin şimalında Hizbullahın hücumuna qarşı hazırlaşan İsrail ordusu cənubda Qəzzadan əməliyyat gözləmirdi.
Xüsusilə İsrailin daxili kəşfiyyat xidməti olan Mossad və Şabak tərəfindən yaxından müşahidə edilən HƏMAS-ın bu böyüklükdə hücum edə biləcəyi düşünülmürdü.
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS komandanının müavinini yaxalayıb
İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin Cənub Diviziyası komandanının müavini Məhəmməd Əbu Qalini saxlayıb. Bu barədə “The Times of I...