Şeron Stoun avtomobil qəzasına görə məhkəməyə verildi
29
apr
2024
16:11
Hollivud ulduzu Şeron Stoundan qəzaya görə 35 min dollar təzminat tələb olunaraq məhkəməyə verilib.
Bu barədə “People” nəşri yazıb.
İddiaçı tərəf Amanda Godepski adlı şəxsdir. O, aktrisanı Los-Ancelesdəki 101 Freeway-in cənuba gedən çıxışında qəza törətməkdə günahlandırıb.
Qəza 2023-cü ildə baş verib. Godepskinin sözlərinə görə, aktrisa sürət həddini xeyli aşaraq maşınına çırpılıb. Bu səbəbdən ona əmək haqqının və iş qabiliyyətinin itirilməsi, o cümlədən əmlak ziyanları dəyib.
Oxşar xəbərlər
Şeron Stoundan ETİRAF: "Qırmızı işıqda maşınıma dırmandılar" - FOTO
Məşhur aktrisa Şeron Stoun müsahibələrindən birində 1992-ci ildə ekranlara gələn "Basic Instinct" filmi ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, filmin on...