Türkiyədə dünyanın ən qədim çörəyi tapılıb - FOTOLAR

Türkiyədə dünyanın ən qədim çörəyi tapılıb - FOTOLAR
Foto
Siyasət 156

Dünyanın ilk urbanizasiya yerlərindən biri olan Türkiyənin Çatalhöyük ərazisində aparılan qazıntı zamanı 8600 illik “çörək” tapılıb.

BAKU.WS TRT haber-ə istinadən xəbər verir ki, Konyanın Çumra rayonunda yerləşən və Neolit ​​dövründə təxminən 8 min insanın kompak yaşadığı Çatalhöyükdə yuxarıdan girilə bilən bitişik kərpic evlərin olduğu "Mekan 66" adlı ərazidə soba quruluşu aşkar edilib.

Türkiyədə dünyanın ən qədim çörəyi tapılıb - FOTOLAR

Uzun illər ərzində çox hissəsi dağıdılmış sobanın ətrafında buğda, arpa, noxud toxumu və yemək olduğu düşünülən xurma böyüklüyündə tapıntı aşkarlanıb.

Türkiyədə dünyanın ən qədim çörəyi tapılıb - FOTOLAR

Necmettin Erbakan Universiteti Elm və Texnologiya Araşdırma və Tətbiq Mərkəzində (BİTAM) aparılan analizlərdə süngərə bənzəyən qalığın eramızdan əvvəl 6600-cü ilə aid fermentləşdirilmiş çörək olduğu müəyyən edilib.

Türkiyədə dünyanın ən qədim çörəyi tapılıb - FOTOLAR

Qazıntı Komissiyası Başçısı və Anadolu Universitetinin müəllimi Ali Umut Türkcan deyib ki, "Qida arxeologiyasının başlanğıc nöqtəsi Anadoludur:

Son xəbərlər