Məşhurlardan Türkiyədə hakimə hücum edənlərə ETİRAZ - FOTO

Məşhurlardan Türkiyədə hakimə hücum edənlərə ETİRAZ - FOTO
Siyasət 3

Ötən gün Türkiyə Superliqasında "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın "Çaykur Rizespor"la oyundan sonra hakim Halil Umut Meləri yumruqla vurmasına bəzi türkiyəli məşhurlar səssiz qalmayıblar.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən tanınmışlar arasında aparıcı və aktyor Yavuz Seçkin, müğənni Fettah Can, komediyaçılar Şahan Gökbar, Şoray Uzun və başqaları yer alıblar.

Onlar sosial şəbəkə hesablarından fotolar yayımlayaraq baş vermiş hadisəyə kəskin şəkildə etiraz ediblər.

BAKU.WS məşhurların sözügedən paylaşımlarını təqdim edir:

Komediyaçı Şoray Uzun

"Keçmiş olsun, Halil Umut Meler... Futbolu başa düşməyən, tək istəyi pullu olmaq olan, necə olursa-olsun mətbuatda yer almağa can atan qurumlar, lazım oldu-olmadı yarışla bağlı danışan mənasız adamlar, ətrafındakı lənətlərin qazına gələn xaraktersizlərdir; bu gözəl oyundan rədd olub gedin!".

Komediyaçı Şahan Gökbar

"Halil Umut Melerə edilən bu alçaq hücumu qınayıram. Bu, günahdır. Bu iyrəncliyə qarşı sərt və açıq-aydın reaksiya verilməlidir".

Müğənni Fettah Can

"Futbolun bütün gözəlliklərinin ayaq altında qalmasını da heç kimə buraxmadıq. Çox təəssüf. Keçmiş olsun, Halil Umut Meler".

Aparıcı və aktyor Yavuz Seçkin

"Bunu edənlər və bu vəziyyətə gətirənlər utansınlar. Keçmiş olsun, Halil Umut Meler".

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə əlaqədar iki nəfərin saxlanıldığını açıqlayıb. Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bak da bu çirkin hücuma münasibət bildirib və "İdman və türk futbolunun ruhuna uyğun gəlməyən bu görüntüləri öz meydanlarımızda görmək istəmirik" deyib.

Son xəbərlər