Ankarada ilk dəfə "TEKNOFEST" aerokosmik və texnologiya festivalı keçirilir - FOTO

Ankarada ilk dəfə TEKNOFEST aerokosmik və texnologiya festivalı keçirilir - FOTO
Foto
Siyasət 2

Bu gün Türkiyənin paytaxtı Ankarada ilk dəfə dünyanın ən böyük aerokosmik və texnologiya festivalı - "TEKNOFEST" keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Etimesgut Hava Limanında təşkil olunub və sentyabrın 3-nə qədər davam edəcək.

"TEKNOFEST" milli texnologiyaları inkişaf etdirməyi hədəfləyən, Türkiyə Texnologiya Komandası ("Türkiye Teknoloji Takımı” – T3 Vəqfi) ilə ölkənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi ilk və yeganə festivaldır.

Tədbirdə ASELSAN, ROKETSAN, "Baykar", BMC, HAVELSAN, TÜBİTAK, STM, "Türk Aerokosmik Sənayesi", TUSAŞ, "Türk Hava Yolları", "Türk Hava Qurumu", "Türksat" və "Turkcell" kimi qurumlar, Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Qaradəniz Texniki Universiteti kimi ali təhsil müəssisələri maraqlı tərəf kimi çıxış edir.

Milli texnologiyaların təbliği və inkişafı insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır.Festivalda seminarlar, mükafatlı texnologiya yarışmaları və yerli texnologiya sərgiləri, Paraşüt, Solo Türk, Türk Ulduzları və bu kimi yerli-beynəlxalq təşkilatların hava şoularının da keçirilməsi nəzərdə tutulub.

TEKNOFEST-in İdarə Heyətinin sədri Selçuk Bayraktarla görüşmək fürsəti qazanan ziyarətçilər Elektrikli Velosiped və Mülki Uçuş Bileti kimi möhtəşəm hədiyyələrlə yanaşı, hər günün sonunda sürpriz hədiyyələrlə qarşılaşacaqlar.

Ziyarətçilər TEKNOFEST çərçivəsində gənclər arasında keçirilən raket yarışmasında Planetarium, Virtual Reallıq Tuneli, T3 Vəqf Çadırı, Seminarlar, TUA İmza Günü, Əsas Səhnə Konsertləri, Şaquli Külək Tuneli, İqlim Tuneli, Günəş Müşahidəsi, Elm Küçəsi, Kosmos Temalı Şişmə Oyun Meydançası, İsti Hava Balonu və Gənclik Sahələri, Sərgi Sahələri ilə tanış olacaqlar.Festivalda Azərbaycana məxsus təyyarə də nümayiş etdirilir.

Son xəbərlər