Türkiyə müdafiə sənayesindən böyük uğur: Daha 3 ölkə sifariş verdi - VİDEO
Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına maraq günü-gündən artır. Belə ki, bu günə qədər "Bayraktar Akıncı" üçün 5, "Bayraktar TB2" üçün isə 28 ölkə ilə ixrac müqaviləsi imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Baykar" şirkəti məlumat yayıb.
Bundan əlavə "Tusaş" şirkətinin istehsalı olan "Aksungur" və "ANKA" PUA-ları da müxtəlif ölkələrin diqqətini çəkib. Əvvəlcə iki ölkə bu PUA-lardan sifariş vermişdisə, artıq say beşə çatıb. PUA-ları sifariş verən son ölkələr isə İndoneziya, Əlcəzair və Çaddır.
Qeyd edək ki, Türkiyənin PUA istehsalçıları olan "Baykar" və "Tusaş" şirkətləri indiyədək 40 ixrac müqaviləsi imzalayıb.
Oxşar xəbərlər
Ukraynaya üç ədəd “Bayraktar” pulsuz veriləcək - FOTO
Türkiyənin "Baykar" şirkəti tərəfindən 3 ədəd "Bayraktar TB2 S/PUA" Ukrayna xalqına hədiyyə edilib. BAKU.WS xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. “Ukr...