SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər şeyin bir sonu olduğu kimi, sevginin də sonu var. Lakin insan sevəndə bir gün ayrıa bilər deyə heç vaxt düşünmür.

Milyonlarla insan arasında yaşayan iki ruhun bir-birinə yaxın olub, sonsuza qədər eşq yaşaması da bir möcüzədir. Bəzən dillər dastan olan sevginin sonu belə ümidsizliklə nəticələnir. Bir çox cütlüklərdə eşq sürətlə başlayıb bir anda bitir, bəziləri isə gec aşiq olub bu sevgini bir ömür boyu davam etdirir. Bu dəfə astroloqlar bürclərə görə sevginin ömrünün nə qədər olduğunu açıqlayıblar.

BAKU.WS xarici KİV-ə istinadən həmin açıqlamanı təqdim edir:

Qoç bürcü

Bu bürcün nümayəndələri eşqdə həyəcan bitən kimi partnyorunu tərk edir.

Buğa bürcü

Buğa bürcündən olan insanlar eşqi bütövlüklə yaşayır. Onların sevgisi bu dünyanı tərk edənədək davam edir.

Əkizlər bürcü

Bu bürcün nümayəndələri dərin eşq yaşayanlardandır. Baxmayaraq ki, bu kənardan onlarda bir həvəs kimi görünür.

Xərçəng bürcü

Xərçəng bürcünün eşqi beyində bitsə də ürəkdə əsla bitməz. Onlar da eşqi ömürlük yaşayan bürclər siyahısındadırlar.

Şir bürcü

Bu bürcün nümayəndələri eşqi uzun müddət yaşamır. Lakin partnyorunun fikirlərinə hər zaman hörmətlə yanaşır.

Qız bürcü

Qız bürcündən olanlar "Hələ bir aşiq olaq sonra sevginin ömrünə baxarıq" deyən tiplərdəndir.

Tərəzi bürcü

Eşqi ürəyi ilə deyil, beyni ilə yaşayır. Ürəyini sonuna qədər rahat bir sevgi üçün açır. Ona qarşı haqsızlıq edilsə, deməli, ayrılmaq vaxtıdır.

Əqrəb bürcü

Bu bürcün nümayəndələri dərin eşqi maksimum üç il yaşayır. Daha sonra sevgini hörmət əvəz edir.

Oxatan bürcü

Bu bürcdən olanların sevgisi qısa çəkir. Onlar başqa birinə aşiq olan kimi keçmş sevgi unudulur.

Oğlaq bürcü

Oğlaq bürcü eşqi ölənə qədər yaşayanlardandır.

Dolça bürcü

Bu bürcün nümayəndəsi sevgilisi ilə xoşbəxtdirsə bunu davam etdirirlər. Əgər xoşbəxt deyilsə həmin anda sevgi münasibətini bitirir.

Balıq bürcü

Bu bürcün nümayəndələri isə "Eşq bitər, amma yerini dərin bir sevgiyə buraxar" deyə düşünürlər.

BAKU.WS