Ən kinli 4 BÜRC - Onlarla mübahisə etməyin

Ən kinli 4 BÜRC - Onlarla mübahisə etməyin
Siyasət 7

Bəzi insanlar edilən pisliyi heç vaxt unutmurlar, həqiqətən çox kinlidirlər. Astrologiyada düşmənliyi, iynləyici sözləri ilə məşhur kinli bürclər var. Onların bir çox xüsusiyyətləri ətrafdakıları sözün əsl mənasında qorxudur.

BAKU.WS xarici araşdırmalara istinadən sözügedən bürcləri təqdim edir:

Əqrəb

Bu bürcün nümayəndələri onlara qarşı edilən pislikləri heç vaxt unutmurlar. Özlərinin yaşadıqlarını burnunuzdan gətirənə qədər əl çəkməzlər. Bir andaca əsəbiləşən bürc olduğu üçün çox ehtiyatlı olmalısınız.

Xərçəng

Xərçəng bürcü insanı ümumiyyətlə kiməsə pislik etməyi sevmir. Bununla belə, ona edilən pisliyi heç vaxt unutmur. Xərçəng bürcü qisas almır, ancaq yaşadıqları pis anları xatırlamağa çalışır. Xərçəng birdən özündən çıxan bürc olduğundan diqqətli olmaq lazımdır. Təbii ki, Xərçənglərin də yaxşı xüsusiyyətləri var. Xərçəng bürcləri zərər görmədikcə heç vaxt kin yığmır. Yumşaq danışan Xərçənglər həssas anlarda tamam başqa insanlara çevrilirlər. Odur ki, Xərçənglərlə mübahisəyə girməmək üçün diqqətli olun.

Buğa

Kimsə damarlarını basdıqda Buğa bürcünün qəzəbləndiyini görməyəcəksiniz. Buğa bürcü ümumiyyətlə aparıcı bürclər arasında özünə yer tapan bir bürcdür. Buğalar yaşadıqları mənfilikləri qəbul edə bilməyəndə bunu bir şəkildə ifadə edirlər. Haqsız rəftar edilən Buğa, tamam başqa bir insana çevrilir. Buğa da bir anda özündən çıxan bir bürcdür. Qəzəbini cilovlaya bilmir. Buğa bürcünün yanan nifrət atəşi həmişə canlıdır. Səni bağışlasa belə, ona yaşatdıqlarını unutmaz. İllər keçsə belə, Buğa hər an sizin qarşısınza keçmişdə yaşadıqlarınızla çıxa bilər.

Qız

Qız bürcünün kin-küdurəti ölənə qədər davam edir. Qız bürcü ümumiyyətlə emosional olaraq tanınır. Zərər çəkəndə həqiqətən dəli olurlar. Onlar insanı canından bezdirəcək qədər kinlidirlər. Hər daim söz vuraraq qisas almağa çalışır. Bir müddət unutmuş kimi davranır, sonra birdən yenidən parlaq şəkildə yüksəlir. Qız bürcü illər keçsə də edilən pisliyi unutmur. Unutmağınıza da imkan verməz. Qız bürcünün nifrəti sonsuzdur. Sadəcə diqqətli olun və Qız bürcü ilə mübahisə etməyin.

Son xəbərlər