Heç nəyi bəyənməyib, hər şeyi tənqid edən bürclər - FOTO

Heç nəyi bəyənməyib, hər şeyi tənqid edən bürclər - FOTO
Siyasət 5

Bəzi bürclər xüsusiyyətlərinə görə olduqca mənfi xarakterə sahib ola bilirlər. Bu bürclərlə yaşamaq çox çətindir, bəziləri isə heç bir səbəb olmadan adama mənfi enerji ötürür. Bəs görəsən sizi tənqidlərə məruz qoyan və daim sizdən şikayət edən bürclər hansılardır?

BAKU.WS xarici KİV-ə istinadən sözügedən bürclərin siyahısını təqdim edir:

Qız bürcü

Qız bürcü bürclər arasında ən çox yolagetməyən bürcdür. Bu bürcün nümayəndələri heç vaxt dost qrupuna sığmır və başqalarının fikrinə hörmət etmirlər. Onların bildikləri və düşündükləri həmişə doğrudur! İnandırılması ən çətin bürclərdən olan qızlar qarşı tərəfi tənqid etməkdən çəkinmir. Onlara görə hər zaman nəsə qüsurlu bir şey var və onlar israrla bu mənfi detalı tapırlar. Narazı qız bürclərini xoşbəxt etmək çox çətindir. Onun davranışı ilə razılaşsanız belə, onu idarə etdiyinizi düşünə bilər bu səbəbdən problem yaratmağa davam edər.

Əqrəb bürcü

Əqrəb bürcü ən aqressiv bürcdür. Nə edirsiniz edin, amma əqrəblərə qarışmayın. Əqrəblər narahat olmadıqları müddətcə zərərsizdirlər, lakin onlara toxunsanız, sizi sancacaqlar. Üstəlik, manipulyasiya etməyi çox yaxşı bilən bu bürcün insanları emosional olaraq sizə asanlıqla yaxınlaşa bilərlər. Əsəbləri çox güclüdür, sən ağlayarkən qisas almağa and içə bilərlər. Onların mərhəməti yoxdur! Uyğunlaşmağı sevməyən bu bürcün insanları üçün sülh vacibdir. Dincliyi pozulan əqrəblər hamının dincliyini pozar.

Şir bürcü

Bürclər arasında özünü ən çox sevən şir bürcünü razı salmaq çox çətindir! Şirlər özlərinə olan heyranlığı ömrü boyu heç kimə göstərmirlər. Buna görə də, əgər onun sevgisini qazana bilməsəniz, sizi yerə vurmaqdan çəkinməyəcək. Onalr mübahisələrində həmişə haqlı olurlar. Şir bürcü heç vaxt sözündən dönmür. O, həm də narazılığından dolayı hər hansı qrupla ayaqlaşmağı sevmir.

Oxatan bürcü

Bu bürcün hər şeyə müdaxilə etmə potensialı var. Siz nə təkəbbürlü bürclərdən biri olan oxatanı sevindirə, nə də istəməsələr, onları güldürə bilərsiniz. Bir dəfə əsəbiləşdilər, dillərindən qurtulmaq mümkün deyil. Danışmağı çox sevən oxatan bürcü illərlə o kiçik səhvi sizin üzünüzə vuracaq.

Son xəbərlər