SİZİN REKLAM BURADA!
055 213 76 73


London İmperial Kollecinin britaniyalı alimləri COVID-19 koronavirus infeksiyasının xəstələrin İQ-nə nə qədər təsir etdiyini hesablayıblar.

BAKU.WS xəbər verir ki, araşdırma "New England Journal of Medicine" (NEJM) jurnalında dərc olunub.

Söhbət koronavirus infeksiyasının uzunmüddətli nəticələrindən biri olan "beyin dumanı"ndan gedir.

Xəstələr yaddaş pozğunluğu, konsentrasiyanın azalması, yuxu problemləri, depressiya, artan yorğunluq, apatiya və digər simptomlardan şikayətləniblər.

Mütəxəssislər müəyyən ediblər ki, "beyin dumanı" bir insanda ildə altıya qədər intellekt əmsalının (IQ) itirməsinə səbəb ola bilər.Çatışmazlıqlar ilk növbədə yaddaş, məkan planlaşdırma və şifahi əsaslandırma ilə bağlı sahələrdə aşkar edilib.

Mütəxəssislər qeyd ediblər ki, İQ-nin altı bal azalması insanın gündəlik həyatına az təsir edir, lakin pandemiyanın miqyasını nəzərə alsaq, əhali səviyyəsində əhəmiyyətli ola bilər.

Tədqiqat idrak qabiliyyətlərini ölçmək üçün xüsusi olaraq hazırlanmış onlayn testdən keçən 112 000 insanın məlumatlarına əsaslanır.

BAKU.WS