SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib.

Buna səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib.

“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.

BAKU.WS