Ermənistan Rusiyaya etiraz notası göndərib
28
fev
2024
20:22
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib.
Buna səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib.
“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
KİV: "Ermənistan ABŞ-la hərbi təlimləri çoxdan planlaşdırırdı, Paşinyan qumar oynayır"
“Ermənistan-ABŞ birgə hərbi təlimlərinin gündəm olması təsadüfi deyil. İrəvan Moskvanın əzəli düşməni olan ABŞ-la hərbi təlimləri uzun müddətdir planlaşdırırdı”...