Neptun və Uranın ətrafında yeni peyklər kəşf olunub

Astronomlar Neptun və Uranın orbitində əvvəllər kəşf olunmamış peyklər kəşf ediblər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Neptunun ətrafında 2, Uranın ətrafında isə daha bir kiçik peykin olduğunu aşkarlanıb.
Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərlə Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə yüksəldiyini açıqlayıb.
Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard bildirib ki, kiçik peyk təxminən 27 il ərzində Günəşdən ən uzaq buzlu planet olan Neptun ətrafında bir orbitini tamamlayıb.
Şeppard, hələ kəşf edilməmiş çoxlu kiçik peyklərin ola biləcəyini də vurğulayıb.
Qeyd edilib ki, Uran ətrafında fırlanan və təxmini diametri 8 kilometr olan yeni peyk, yəqin ki, planetin peykləri arasında ən kiçiki ola bilər.
Oxşar xəbərlər
Günəşdən 500 trilyon dəfə daha parlaq cisim kəşf edilib
Alimlər Günəşdən 500 trilyon dəfə daha parlaq olan kvazarı kəşf ediblər və onu “kainatın ən parlaq obyekti kimi qiymətləndirirlər". BAKU.WS xəbər verir ki, Avst...