Günəşdən 500 trilyon dəfə daha parlaq cisim kəşf edilib

Günəşdən 500 trilyon dəfə daha parlaq cisim kəşf edilib
Siyasət 116

Alimlər Günəşdən 500 trilyon dəfə daha parlaq olan kvazarı kəşf ediblər və onu “kainatın ən parlaq obyekti kimi qiymətləndirirlər".

BAKU.WS xəbər verir ki, Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyi ilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar haqqında təəccüblü təfərrüatlar tapıblar.

Astronomlar araşdırmalardan sonra belə qənaətə gəliblər ki, Günəşdən 500 trilyon dəfə daha parlaq olan bu kvazar “kainatın ən parlaq obyekti” ola bilər.

Sözügedən kvazarın Yerdən 12 milyard işıq ili uzaqda yerləşdiyini qeyd edən astronomlar cismin mərkəzindəki qara dəliyin kütləsinin Günəşinkindən 17-19 milyard dəfə böyük olduğunu da müəyyən ediblər.

Araşdırmanın təfərrüatları "Nature Astronomy" jurnalında dərc olunub.

Son xəbərlər