“Elektronikanın macəraları" kult filminin yeni bölümü çəkiləcək
Sovet dövrünün istehsalı olan və ölkəmizdə də maraqla baxılan “Elektronikanın macəraları” filminin yeni bölümü çəkiləcək.
Bu barədə Rusiyanın “Vodorod” studiyası məlumat yayıb.
Studiyadan verilən məlumata görə, filmin yeni bölümü üçün əsas çətinlik Sergey Syroejkin roluna aktyor seçimi olacaq.
Orijinalda onun rolunu Yuri Torsuev, Elektronika obrazını isə onun əkiz qardaşı Vladimir canlandırıb.
Filmin yeni hissəsi tanınmış ssenarist və rejissor Andrey Zolotarevə həvalə olunacaq.
Qeyd edək ki, 3 hissədən ibarət olan "Elektronikanın macəraları" musiqili filmini rejissor Konstantin Bromberq 1979-cu ildə çəkib.
Oxşar xəbərlər
İlin ən yaxşıları onlar oldular - FOTO
Ötən gün televiziya sahəsinin "Oscar"ı adlandırılan "Emmy" mükafatlarının təqdimetmə mərasimi keçirilib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Los Anc...