İlin ən yaxşıları onlar oldular - FOTO

İlin ən yaxşıları onlar oldular - FOTO
Siyasət 2

Ötən gün televiziya sahəsinin "Oscar"ı adlandırılan "Emmy" mükafatlarının təqdimetmə mərasimi keçirilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Los Ancelesdə "Peacock" teatrında 75-ci dəfə təşkil edilən mərasimdə ilin ən yaxşıları "Emmy"yə layiq görüldü.

"Succession", "Beef" və "The Bear" serialları 6 kateqoriyada mükafatlandırılıb. "Ən yaxşı dram aktyor"u nominasiyasında Kiran Kalkin seçilib. O "Emmy"ni "Succession" serialındakı roluna görə alıb.

Eyni kateqoriyada seçilən aktrisa isə Sara Snuk olub. O da "Succession" serialındakı roluna görə "Emmy"yə layiq görülüb. "Beef" serialı "Ən yaxşı kiçik xoronometrajlı serial" kateqoriyasında qalib olub. "Ən yaxşı aktyor" nomiansiyasında "Beef" serialında çəkilən Stiven Yan seçilib.

Amerikalı aktrisa Eli Vonq isə "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub. O "Emmy"ni "Beef" serialındakı roluna görə əldə edib.

Komedia janrında "Ən yaxşı aktyor" Ceremi Allen Uayt seçilib. O bu mükafata "The Bear" serialındakı roluna görə layiq görülüb.

Böyük Britaniyalı aktyor Mettyu Makfeden isə dram janrında "ən yaxşı köməkçi aktyor" nominasiyası üzrə qalib olub.

Son xəbərlər