Dağıstanda güclü zəlzələ olub
Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Elmlər Akademiyasının Dağıstan Geofizika Xidmətinə məlumat daxil olub ki, saat 08:47-də Aqul rayonu ərazisində, Yarkuq kəndindən 14 km aralıda, 16 km dərinlikdə 4,6 bal gücündə seysmik hadisə qeydə alınıb",-deyə məlumatda qeyd olunur.
Yeraltı təkanlar respublikanın Rutul və Xivə rayonlarının sakinləri tərəfindən hiss olunub.
Xilasetmə xidmətlərinə dağıntılar barədə məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Almatıda bu gecə ardıcıl iki güclü zəlzələ oldu
Seysmoloqlar yanvarın 25-nə keçən gecə Qazaxıstanın Almatı vilayətində ardıcıl olaraq 5,1 və 5,9 bal gücündə iki zəlzələ qeydə alıblar. BAKU.WS-in xəbərinə görə...