SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl beynində şiş aşkarlanan müğənni Şimal son paylaşımı ilə hər kəsi kövrəldib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi səhər tezdən oyanıb güzgünün qarşısında çəkdiyi videonu şəxsi instaqram hesabında paylaşıb.
İfaçı ötən ay keçirdiyi əməliyyatdan sonra ilk görüntüsünü paylaşıb və saçlarının günbəgün azaldığını qeyd edib:
"Sabahınız xeyir. Sizi kədərləndirmək istəməzdim, amma gözyaşlarımı saxlaya bilmirəm. Hazırda ən pis dövrdən keçirəm. Müalicələrdən sonra hər dəfə əlimi saçıma atanda daha çox saç gəlir. Allah mənə səbr və şəfa versin".

Şimalın bu pyalşımı onu sevənləri kədərləndirərək kövrəldib. 
Yanvarın 17-də əməliyyat olunan ifaçı səhhətinin biraz da olsa yaxşılaşdığını qeyd etmişdi:
"Hər keçən gün biraz da daha yaxşı oluram. Gələn həftəyə kimyaterapiya başlayır. Ağıllı drımanlardan istifadə edəcəm. Yorucu bir prosesdir. Amma yenə dəü üsyan etmirəm. Özümü yaxşı hiss etdikcə sizi məlumatlandıracam. Hələ ki, çoxlu istirahət edirəm. Buarada gözəl dualarınızla ayaqdayam".
BAKU.WS