Beynində şiş aşkarlanan müğənni əməliyyat olundu - FOTO
Beynində şiş aşkarlanan türkiyəli müğənni Şimal əməliyyat olunub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin əməliyyatı 8 saat davam edib.
Şimalın əməliyyata alındığı anları sosial şəbəkədə paylaşan nişanlısı "Mənim güclü qadınım dazyan az qaldı" sözləri ilə hər kəsi duyğulandırıb:
"Bu günlər keçəcək. Dualarınızla bizə güc verdiniz. Şimalınız birazdan əməliyyata girəcək. Əməliyyat 8 saat davam edəcək. Bir gün də reanimasiyada qalacaq. Mənim güclü qadınım dayan, az qaldı. Səni çox sevirik".
Xatırladaq ki, Şimal ötən il süd vəzi xərçənginə qalib gəlib. Daha sonra beynində şiş aşkarlanan ifaçı 43 kiloqrama qədər arıqlayıb.
Oxşar xəbərlər
51 yaşlı aktrisada süd vəzi xərçəngi aşkarlandı - FOTO
1989-2001-ci illərdə ekranlara gələn “Baywatch” serialının ulduzu aktrisa Nikol Eqqert xərçəngə tutulub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bir müd...