SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl Böyük Britaniya Kralı III Çarlzın xərçəng xəstəliyi ilə mübarizə apardığı və müalicələrini uğurlu şəkildə davam etdiyi bildirilib. Böyük Britaniya Baş naziri Rişi Sunak isə "Yaxşı ki, bu xəstəliyi tez öyrəndik. Hər birimiz müalicənin uğurlu olmasını arzulayırıq və dua edirik" deyərək bu barədə açıqlama verdi. 
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fransız öncəgörücü Nastradamusunn (Mişel de Notrdam) 2024-cü il kəhanətləri arasında Böyük Britaniya haqqında "Taxdan enmə" iddiası bəzi ehtimalları ağıla gətirib.
Proqnozlarda Kral III Çarlzın anası II Elizabetin ölümündən sonra 2022-ci ildə taxta çıxacağı, 2024-cü ildə isə taxtı tərk edəcəyi yazılıb.
"Reading"in yaydığı məlumata görə, bu qeydlərdə sonra Kral III Çarlzın böyük oğlu Uliyamın yerinə, kiçik oğlu Harri taxta keçəcəyi də qeyd edilib.
ABŞ-yə köçən Şahzadə Harrinin Londona gələrək atası Kral III Çarlzı ziyarət etməsi Nastradamusun bu proqnozlarının doğru olma ehtimalını artırıb.
Bu zaman insanı bir sual düşündürür: Kral ailəsi daxili çəkişmələrə və taxt-tac uğrunda mübarizəyə hazırlaşır?

BAKU.WS