SİZİN REKLAM BURADA!
055 213 76 73


Mütəxəssislər Mərmərə zəlzələsi ilə bağlı bir daha xəbərdarlıq ediblər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kandilli Rəsədxanasının direktoru professor Haluk Özener gözlənilən Mərmərə zəlzələsi ilə bağlı açıqlama verib.

"1939-cu ildə Ərzincanda Şimali Anadolu qırılması başlanmış və zəlzələlər qərbə doğru keçmişdir. Mərmərə dənizində seysmik boşluq var. Bu seysmik boşluqda təxminən 130 kilometr məsafədən söhbət gedir. Bir gün burada qırılma olacaq, çünki enerji dolmağa davam edir. Təbii ki, bu fayın bir parçamı, 3 parçamı, yoxsa 2 parçamı qıracağı sual işarəsidir, lakin bu coğrafiyada 7 baldan yuxarı zəlzələ yaşayacağımız dəqiqdir. Bəzi mütəxəssislərimizə görə, bu zəlzələ çox tez, bəlkə 1-2 il ərzində olacaq, bəzilərinə görə, 30, bəzilərinə görə, 50 ilə də olmaya bilər. Nə vaxt olacağına deyil, nə qədər hazır olduğumuza baxmalıyıq. Ona görə də bunun həlli yollarını axtarmalıyıq", - deyə professor bildirib.

Onun sözlərinə görə, 10 saniyədən və ya 20 ildən sonra zəlzələ ilə qarşılaşa bilərlər:

"Mərmərədə 250 illik dövrlərdən bəhs edilir. 25-30 yaş fərqləri göstərən elmi araşdırmalar var. Baxdığınız zaman bu Mərmərə zəlzələsi əslində çox da uzaqda deyil. Yəni qarşımızda 100 il yoxdur. Bəlkə 10 saniyədən sonra, bəlkə də 20 ildən sonra bu zəlzələ ilə qarşılaşa bilərik".

BAKU.WS