Türkiyədə zəlzələ dəhşəti - 7-8 metrlik yerdəyişmə - FOTO

Türkiyədə zəlzələ dəhşəti - 7-8 metrlik yerdəyişmə - FOTO
Foto
Siyasət 731

Türkiyədə baş verən zəlzələdən sonra yerin geoloji qatı araşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının direktoru Haluk Özener bildirib.

Onun sözlərinə görə, Kahramanmaraşda baş verən zəlzələnin ardından ərazidə 7-8 metrə qədər yerdəyişmə müşahidə olunur.

“Ərazidə aparılacaq araşdırmalardan sonra dəqiq fikir demək olar. Hazırda ərazidə 7-8 metr yer sürüşüb. Böyük çatlar yaranıb.

Haluk Özener həmçinin vurğulayıb ki, zəlzələrin ardı-arası gəsilmir. Gündə 500 yeraltı təkan qeydə alınır. Zaman keçdikcə zəlzələrin sayı azalacaq”.

Onun sözlərinə görə, zəlzələrdən əlavə avterşoklar da qeydə alınır. Avterşokların sayı 2700-dən çoxdur.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb.

Son xəbərlər