Alimlər alzheimer xəstəliyi ilə epilepsiya arasında əlaqə olduğunu müəyyən ediblər

Alimlər alzheimer xəstəliyi ilə epilepsiya arasında əlaqə olduğunu müəyyən ediblər
Siyasət 2

Nyu York Universitetinin Tibb fakültəsinin alimləri epilepsiya və Alzheimer xəstəliyinin ümumi mexanizmlərini müəyyən ediblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri Acta Neuropathologica jurnalında dərc olunub.

Tədqiqat zamanı epilepsiya və ya Alzheimer xəstəliyi olan insanların beyin toxuması nümunələrindən istifadə edilib. Alimlər nümunələrdə spesifik genlərin və müvafiq zülalların məcmusunu öyrənmək üçün müqayisəli proteomik analiz aparıblar.

Təhlil edilən proteomik məlumat dəsti epilepsiya xəstələrinin hipokampal bölgəsində əhəmiyyətli dərəcədə dəyişmiş 777 zülal müəyyən edib.

Alzheimer xəstəliyi olan xəstələrin beyinlərində zülal aktivliyi haqqında məlumatlar insan beyin toxumasında zülalların kombinasiya analizi olan “NeuroPro”dan istifadə etməklə əldə edilib. Bu analiz Alzheimer xəstəliyində 5311 zülalın dəyişdirildiyini göstərib.

Tədqiqatçılar müəyyən zülalların sintez nümunələrinin epilepsiya və Alzheimer xəstəliyi olan insanlarda oxşar olduğunu müəyyən ediblər. Bu baxımdan mitoxondriya (hüceyrəyə enerji verən orqanoidlər) və sinapsların (iki neyron arasında əlaqə nöqtələri) funksiyalarının pozulması ilə bağlı ümumi patoloji dəyişikliklər müşahidə edilmişdir.

Həmçinin məlum olub ki, hər iki növdə olan xəstəliklər zamanı beyində Tau zülallarının, xüsusilə pTau217 və pTau231-in artır.

Bundan əlavə, siçanlar üzərində aparılan əvvəlki tədqiqatlar göstərmişdi ki, xüsusi Tau zülallarının həddindən artıq ekspressiyası konvulsiv epileptik tutmaların dolayı səbəbi ola bilər.

Son xəbərlər