Nyu-Yorkun ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı - FOTO
ABŞ-ın Nyu-York şəhərində şərqdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.
Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan proqramda Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları və ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycan bayrağı nəhəng dirəyə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli və ölkəmizin BMT yanında Daimi Nümayəndəsinin müavini Tofiq Musayev tərəfindən qaldırılıb.
Azərbaycan dövlət himninin sədaları ilə ucaldılan bayrağımız yaxınlıqdakı turistlərin diqqətini çəkib. Onlar həmvətənlərimizə yaxınlaşaraq, ölkəmiz haqqında məlumatlar alıblar.
Yağışlı hava şəraitinə baxmayaraq, milli geyimlərlə tədbirə qatılan azərbaycanlı gənclər musiqi sədaları altında rəqs edib, turistlərə milli atributlarımızın əks olunduğu hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” park bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.
Qalereya
Oxşar xəbərlər
ABŞ hökumətindən dələduzluqla 7,4 milyon dollar almaqda ittiham olunan azərbaycanlılar kimdir? - FOTO/VİDEO
ABŞ-ın Ohaio ştatında yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunur. Baku TV-nin məlumatına görə, Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kred...