SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Qubkin şəhərinə PUA ilə hücum edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında bildirib.

Məlumata görə, pilotsuz uçuş aparatı yaşayış məntəqəsinin ərazisinə düşüb və sonra partlayıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Qladkov əlavə edib ki, dörd fərdi yaşayış binasına ziyan dəyib.

BAKU.WS