Ukrayna Rusiyanın bu bölgəsinə PUA-larla hücum edib

Ukrayna Rusiyanın bu bölgəsinə PUA-larla hücum edib
Siyasət 19

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın paytaxtı Moskvanın qərbində yerləşən Kaluqa bölgəsi üzərindən hücuma cəhd edib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın 6 PUA ilə təşkil etdiyi hücumun qarşısı alınıb.

Hücum nəticəsində can itkisi və ya tələfatın olmadığı bildirilib.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa da sosial media hesabında hava hücumundan müdafiə sistemlərinin gecə saatlarında bölgənin cənub-qərbində 6 PUA-nı vurduğunu və itki və dağıntı olmadığını bildirib. Qeyd olunub ki, iyulun 24 və 28-də Ukrayna PUA-larla Moskvaya hücumlar həyata keçirib, itki və xəsarət alan olmayıb.

Son xəbərlər