SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Ukraynanın paytaxtı Kiyevə gedib.

Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.

Millət vəkili əlavə edib ki, qatarda diplomatla bir az söhbət etmək imkanı olub.

Bir gün əvvəl Varşavada səfərdə olan Avropa diplomatiyasının rəhbəri növbəti dəfə Ukraynaya gedəcəyini demişdi.

Polşa paytaxtında Borrell bildirib ki, Avropa İttifaqına (Aİ) üzv olan ölkələr Ukraynanı texnika və sursatla təmin etmək üçün üçüncü ölkələrə silah verməkdən imtina etməlidirlər.

O qeyd edib ki, hazırda Avropa silahlarının əhəmiyyətli hissəsi üçüncü ölkələrə ixrac olunur.

BAKU.WS