Jozep Borel: “Bu gün biz Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq”

14
dek
2023
22:36
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.
“Report”un xəbərinə görə, Jozep Borel bu barədə özünün “X” səhifəsində yazıb.
“Bu gün biz Ukrayna və Moldova ilə danışıqlara başlamaq, Gürcüstana namizəd statusu vermək və lazımi üzvlük hüququ əldə edildikdən sonra Bosniya və Herseqovina ilə danışıqlara başlamaqla Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq”, - ali nümayəndə qeyd edib.
Oxşar xəbərlər
Aİ Şurası Gürcüstana namizəd statusu verib, Ukrayna və Moldova ilə danışıqlara başlanılacaq
Avropa İttifaqı ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər. “Report” xəbər verir ki, bu...
