Rus turist Balidə boğularaq öldü
04
fev
2024
18:44
Rusiyalı turist İndoneziyanın Bali adasında şnorkellə üzərkən boğulub.
BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Hadisə fevralın 3-də Bias Tugel çimərliyində baş verib.
Əldə edilən məlumata görə, mərhum dostları ilə birlikdə maska və nəfəs borusu ilə sahildən xeyli məsafədə üzmək qərarına gəlib.
Bir müddət sonra o gözdən itib və dərhal axtarışlarına başlanılıb.
Turistin cəsədi 1,5 saat sonra tapılıb. 37 yaşlı şəxsin meyiti xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
Antalya çimərliklərində nə baş verir? - Tapılan cəsədlərin sayı 8-ə çatdı - VİDEO
Türkiyədə, Antalyanın Serik rayonunda otelin çimərliyində 2 meyit tapılıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, beləliklə son 6 gündə Antalya çimə...