İtkin düşən 3 azyaşlının cəsədi tapıldı
Türkiyənin İstanbul şəhərində itkin düşən 3 azyaşlının cəsədi tapılıb.
BAKU.WS Türkiyə mediasına istinadına xəbər verir ki, hadisə Sancaktepe rayonunda qeyd alınıb.
Məlumata görə, 7 yaşlı Berat, 9 yaşlı Baran və 11 yaşlı Batuhan Sağın qardaşlarından xəbər tuta bilməyən ailə polisə müraciət edib.
Polis qrupları itkin uşaqları tapmaq üçün araşdırmalara başlayarkən, eyni məhəllədə tikinti sahəsindən uşaq cəsədi ilə bağlı məlumat daxil olub.
Tikintinin mühafizəçisinin uşaq meyiti gördüyü xəbərdarlığından sonra polis və yanğınsöndürmə briqadaları su basmış tikinti ərazisində işə başlayıb.
Axtarışlardan sonra 3 qardaşın cəsədi sözügedən tikintidə tapılıb.
Oxşar xəbərlər
"Aşkı-Memnu"nun Bülenti SEVGİLİSİ İLƏ GÖRÜNTÜLƏNDİ - FOTO
"Aşkı-Memnu" serialının uşaq aktyoru Batuhan Karacakaya yeni sevgilisi ilə görüntülənib. BAKU.WS xəbər verir ki, aktyor Galataportda məkanlardan birindən çıxar...