SİZİN REKLAM BURADA!
055 213 76 73


Dominikan Respublikasındakı şirkətlər dörd günlük iş həftəsini tətbiqinə start veriblər. 

BAKU.WS "The Guardian" nəşrinə istinadən xəbər verir ki, təşəbbüs fevraldan başlayıb və 6 ay davam edəcək.

Dominikan Respublikası hökuməti işçilərin eyni maaşı alacağını və standart iş həftəsinin bazar ertəsindən cümə axşamına kimi 44 saatdan 36 saata qədər qısaldılacağını bildirib.

Hal-hazırda Dominikan Respublikasındakı şirkətlər adətən həftənin hər günü səkkiz saat, şənbə günü isə daha dörd saat çalışırlar. Burada həftədə 44 saatdan çox olmamaq şərti ilə saatları istənilən şəkildə bölmək olar. 

Xatırladaq ki, 2023-cü ildə Böyük Britaniya dörd günlük iş həftəsi üzrə dünyanın ən böyük pilot layihəsini işə saldı və müsbət nəticələr əldə etdi. Bəzi ABŞ şirkətləri də 4 günlük iş həftəsinə keçib. Çilidə isə parlament ölkədə həftə ərzində iş saatının 45-dən 40-dək azaldılması ilə bağlı qanun layihəsi qəbul edib. 

BAKU.WS