4 dəfə təmizlənən evdə yenə eyni mənzərə: 3 yük maşını zibil çıxdı - FOTO
Türkiyənin Aydın şəhərinin Nazilli rayonunda bələdiyyə qrupları eyni şikayət əsasında daha əvvəl 4 dəfə təmizlədikləri evə yenidən gedib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Zəfər məhəlləsində yaşayan bir vətəndaşın evindən pis qoxuların gəlməsi bələdiyyə qruplarını hərəkətə keçirib.
Qonşuları tərəfindən pis qoxudan xəbər tutan işçilər vətəndaşın evində 5-ci dəfə təmizlik işləri aparıb.
Pis qoxu səbəbiylə təmizlik işləri aparmaqda çətinlik çəkən Təmizlik İşləri Müdirliyi işçiləri müəyyən aralıqlarla apardıqları təmizlik işlərini 2 gündə yekunlaşdırıb.
Vətəndaşın evinin əvvəllər də 4 dəfə təmizlik işləri aparıldığı müəyyən edilib.
Təmizlik işləri yekunlaşdıqdan sonra ev mikrob və zərərvericilərə qarşı dezinfeksiya edilərək qrupların fəaliyyəti ilə istifadəyə yararlı hala salınıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə evdən 45 ton zibil çıxdı - FOTO
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda qonşular ana və oğlunun yaşadığı evdən gələn qoxular səbəbindən Bələdiyyəyə şikayət edib. BAKU.WS Türkiyə m...