İranda naməlum şəxslərin hücumu nəticəsində 9 nəfər ölüb
27
yan
2024
23:23
İran-Pakistan sərhədinin yaxınlığındakı Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mehr agentliyi yerli mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, şənbə günü səhər naməlum şəxslər şəhər sakinlərinə atəş açıblar. Agentlik hücumun qurbanlarının iranlı olmadıqlarını bildirir. İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.
Oxşar xəbərlər
Pakistan İranla gərginliyin bitdiyini açıqlayıb
Pakistan İranla diplomatik əlaqələri bərpa etmək qərarına gəlib. APA xəbər verir ki, bu barədə Pakistanın yerli mətbuatı məlumat yayıb. Məlumata əsasən, Pakista...