İranda raket hücumu zamanı ölənlərin sayı 9-a çatdı - VİDEO - YENİLƏNİB
İranın Səravan şəhərində Pakistanın raket hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə İran rəsmiləri bildirib.
Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
***08:59
İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
Bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Partlayış nəticəsində həlak olanların 3-ü qadın, 4-ü isə azyaşlıdır.
***08:37
Pakistan Hərbi Hava Qüvvələri İranın Səravan şəhərində yerləşən obyektə zərbə endirib.
BAKU.WS xəbər verir ki, hədəf İslamabadın axtardığı terrorçu liderlərdən biri olub.
Pakistan ordusunun atdığı raket Pancur şəhərindən 200 km aralıda yerləşib.
Raketin düşdüyü ərazidə böyük çala əmələ gəlib.
Oxşar xəbərlər
İranın Əfqanıstan ilə su davası: Münaqişənin səbəbi nədir? - VİDEO
İran ilə Əfqanıstan arasında sərhəddə yerləşən Hilmənd, yaxud Hirmənd çayının su ehtiyatından istifadə üstündə münaqişə yenidən qızışıb. Artıq neçə gündür ki, h...