Azərbaycanlıların yaşadığı vilayətə dron hücumu: Ukraynada SON VƏZİYYƏT - VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə azərbaycanlıların daha çox yaşadığı bölgələrdən olan Xarkov vilayətinə Rusiya Ordusu tərəfindən yenidən hava hücumu olub.
“Əsasən dronlardan ibarət olan hücumların qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb”, - deyə jurnalist əlavə edib.
M.Aslanovun sözlərinə görə, Xarkova hücumların davam edəcəyi gözlənilir.
Qeyd edək ki, son bir həftədə Xarkova edilən hücumlar nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...