SİZİN REKLAM BURADA!
055 213 76 73


Konsertinə gecikdiyi üçün fanatları tərəfindən məhkəməyə verilən müğənni Madonna ilə bağlı yeni xəbər yayılıb.

BAKU.WS xəbər verir ki, sənətçinin konsertinə gecikmə səbəbinin texniki nasazlıq olduğu qeyd edilib.

Bu barədə Madonnanın vəkilləri açıqlama verib:

"Barclays"da konsert planlaşdırıldığı kimi başladı. Lakin səslə bağlı texniki problem yarandı. Bu səbəbdən konsert gec başladı. Mətbuatda da Madonnanın konsertinə gec gəldiyi barədə xəbərlər yayıldı. Bu məhkəmədə biz qalib gələcəyik".

Qeyd edək ki, Madonna iyulun 15-də dünya turuna çıxmalı idi. Lakin sənətçinin səhhəti buna imkan vermədi və onun konsert turu təxirə düşdü. Daha sonra reallaşan konsertdə ifaçının Maykl Fellou və Conatan Hadden adlı fanatları onu gecikdiyinə görə məhkəməyə veriblər.

BAKU.WS